Teatrlarda tamaşaçı problemi

23:00 | 16.10.2014
Teatrlarda tamaşaçı problemi

Teatrlarda tamaşaçı problemi

Bu gün Azərbaycan teatrlarında ötən illərlə müqayisədə tamaşaçı məsələsi ilə bağlı vəziyyət daha ümidvericidir. Çünki indi teatrda sistemmli repertuar siyasəti həyata keçirilir. Hazırda teatrların repertuarında müxtəli yaş nəslinə mənsub, fərqli zövqləri, sənət meylləri olan tamaşaçıların marağını cəlb edə biləcək tamaşalar mövcuddur. İndi tamaşaçılar qarşısına yeni səhnə əsərləri ilə çıxmaq, teatr salonlarında tamaşaçı bolluğu yaratmaq üçün repertuarın tərtibində milli dramaturgiya nümunələri ilə yanaşı, klassik və müasir dünya dramaturqlarının əsərlərinə də yer ayrılır.Bu, ANS PRESS-in Azərbaycan teatrlarının bugünkü vəziyyəti və tamaşaçı problemi ilə bağlı apardığı araşdırma nəticəsində yaranan ümumi mənzərəni əks etdirir.Mədəniyyət və Turizm Nazirliyinədən bildirilib ki, insanların mədəni istirahət üçün teatra üstünlük verməsi sevindiricidir. Tamaşaçıların zövqünü oxşayan səhnə əsrlərinin hazırlanması, teatrların repertuarlarını tamaşalarla genişləndirməsi rəğbət qazanmaqla yanaşı, tamaşaçı sayının artmasına səbəb olur. Bundan başqa, teatrlar beynəlxalq əlaqələrini genişləndirir. Statistikaya görə, son illər Azərbaycan teatrları 20-dən çox ölkədə qastrolda olub. Tanınmış teatr xadimləri Azərbaycana gəlirlər. Ölkədə onlarla beynəlxalq teatr festivalı, konfrans və digər tədbirlər keçirilir. Son vaxtlar bölgələrdə incəsənətin bu növünə marağın artması da əsəs amillərdəndir. Bu, teatrlarımızın maddi-texniki bazasının möhkəmlənməsi, yeni ssenarilər, aktyorlar üçün yaradılan şəraitlə bağlıdır. Belə teatrlardan Şəki Dövlət Dramı, Gəncə Dövlət Dram və Yevlax teatrlarını göstərmək olar. Ümumiyyətlə, ölkə teatrlarında son bir ayda 100-dən çox tamaşa göstərilib və buna 10 mindən çox tamaşaçı baxıb. Təkcə Akademik Milli Dram Teatrında son bir ayda 21 tamaşa nümayiş olunub və buna 4 minə yaxın tamaşaçı baxıb. Bu tamaşalardan 6-sı dünya dramaturgiyasının nümunələri, digərləri isə milli dramaturgiya nümunələri əsasında hazırlanıb.Teatr tənqidçilərinin fikrincə, teatrlarda tamaşamı probleminin tamamilə aradan qalxdığını iddia etmək hələ tezdir. Doğrudur, sistemli islahatların nəticəsində bu sahədə müəyyən irəliləyişlər sezilir, amma ölkəmizdə tamaşaçı probleminin köklü həlli hələ uzun müddət mümkün olmayacaq. Tamaşaçı probleminə təkcə mədəni problem baxmaq düzgün deyil, bu həm də sosial problemdir. Bu gün teatrlarımız tamaşaçını öyrənməli, onun estetik tələbinə müvafiq səhnə əsərləri yaratmalı, illər öncə olduğu kimi, cəmiyyətin yeni nəslini mənəvi dəyərlərindən bəhrələnmə prosesinə cəlb etməlidir. Digər tərəfdən artıq tamaşaçıda müasir zövq formalaşıb və bu zövqü azərbaycançılıq ruhunda, yeni baxışla, yüksək estetik səviyyədə təkmilləşdirmək lazımdır. Məlumdur ki, bu günün tamaşaçısını, təkcə teatr tamaşaçısı çərçivəsində qəbul etmək doğru deyil. Çünki tamaşaçının intellektual ehtiyatı əvvəlki dövrlərdən daha çox, estetik təcrübəsi daha böyükdür. Hər bir uğurun arxasında böyük zəhmət, məsuliyyətli fəaliyyət, kamil istedad və intizam dayanır. Sosial şəbəkələrdə isə istifadəçilərin çoxu ölkəmizdə teatrın bugünkü vəziyyəti ilə bağlı birmənalı düşünmür, müxtəlif fikirlər səsləndirirlər. Onların fikrincə, əgər teatr axtarışdadırsa, yenilikləri tətbiq edirsə, o cəmiyyəti qabağa aparır. Azərbaycan mədəniyyətinin bugünkü mənzərəsi kimin üçünsə sənətin pik zirvəsi sayılır. Ola bilsin, ayrı-ayrı fərdi uğurlar belə düşünməyə əsas verir. Ancaq bunlar, ümumilikdə ölkədəki mədəni sivilizasiyanın yüksək göstəricisi sayıla bilməz. Gəlin etiraf edək ki, ölkədə fəaliyyət göstərən teatr rejissorları maraq oyatmırlar, onların bilik səviyyəsi qaneedici deyil, öz üzərində işləyən çox az sayda rejissor tapmaq mümkündür. Belə olan halda teatrlarımızda salonlar o qədər də dolu olmayacaq.Xatırladaq ki, kökləri qədim zamanlara gedib çıxan, hazırda 142-ci mövsümünü yaşayan Azərbaycan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb