TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama

12:01 | 15.08.2020
TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama

TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama

"Rusiyada qeydiyyatdan keçən peyvənd məsələsinə gəlincə, hər bir vaksin əvvəlcə üç mərhələli yoxlamadan keçməlidir. Həmin vaksin də beynəlxalq səviyyədə yoxlanışdan keçmədiyindən bu gün üçün həmin ölkə ilə heç bir danışıq getmir". 

Anews.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

Onun sözlərinə görə, məlumatlar ümidverici olsa da, hələlik konkret bir söz demək çox tezdir: "Hələ həmin vaksinin yoxlanılması və immunitetin güclənməsi üçün hansı təsirinin olub-olmaması dəqiqləşdikdən sonra bu barədə nəsə addım atmaq barədə düşünmək olar".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb