Təbibin evindən 20 min tibbi zəli oğurlandı

11:09 | 16.09.2016
Təbibin evindən 20 min tibbi zəli oğurlandı

Təbibin evindən 20 min tibbi zəli oğurlandı

Masallı rayonunun Mollaoba kəndində qeyri-adi oğurluq olub.

"Report”un xəbərinə görə, kənd sakini, loğman (təbib) kimi tanınan Kamal Məmmədovun yaşadığı evin zirzəmisindən 20 min ədəd tibbi zəli oğurlanıb.
Ev sahibi hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat verib. Hazırda polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, tibbi zəlinin bir ədədinin qiyməti təxminən bir manatdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb