Təbriz-Bakı-Tehran aviareysinə biletin qiyməti açıqlandı

18:22 | 16.06.2016
Təbriz-Bakı-Tehran aviareysinə biletin qiyməti açıqlandı

Təbriz-Bakı-Tehran aviareysinə biletin qiyməti açıqlandı

Bu gün İranın "ATA Airlines” şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, reyslər "Airbus 320” təyyarələri ilə yerinə yetirilir.

"Təyyarə əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb Tehrana uçacaq”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, aviareysə biletin qiyməti 180 manatdır.

Diplomat əlavə edib ki, reysin açılması iki ölkə arasında ticarət və turizmin inkişafına töhfə verəcək.

Bundan başqa, səfir bildirib ki, aviaşirkət gələcəkdə Bakı-Məşhəd aviareysinin açılması üzərində işləyir: 

"Lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonuna kimi bu reys də istifadəyə veriləcək”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM