"Tehran neft bazarında qiymətlərin bərpasına hazırdır"

20:20 | 26.08.2016

"Tehran neft bazarında qiymətlərin bərpasına hazırdır"

İran neft bazarında qiymətlərin bərpası üçün OPEK-in (Neft İxrac Edən Ölkələr Birliyi) digər üzvləri ilə əməkdaşlığa hazırdır.
 
Trend "Sana" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

Nazir deyib ki, Tehran bu yolda digər OPEK üzvləri ilə əməkdaşlığa gedəcək, amma İran sanksiyalardan əvvəl "qara qızıl"ın hasilat səviyyəsini bərpa etmək niyyətindədir: "Biz gözləyirik ki, neft bazarındakı itirilmiş payımızın bərpasına dair hüququmuza diqqətlə yanaşacaqlar".

Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə Beynəlxalq enerji forumu keçiriləcək. Gözlənilir ki, nazirlər səviyyəsindəki görüşdə neft hasilatının "dondurulması" haqda müzakirələr aparılacaq. Forum Venesuela, Ekvador və Küveytin təşəbbüsü ilə keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb