Təhsil Nazirliyi daha bir layihəyə start verdi - FOTOLAR

17:07 | 07.12.2015
Təhsil Nazirliyi daha bir layihəyə start verdi - FOTOLAR

Təhsil Nazirliyi daha bir layihəyə start verdi - FOTOLAR

Təhsil Nazirliyi məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatını keçirib. Layihə Bakıdakı 60 saylı orta məktəbdə baş tutub.

ANN.Az xəbər verir ki, təqdimatda layihənin məqsədi haqqında danışılıb. Qeyd olunub ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan və "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik" devizi altında yaradılan məktəb icmaları ümumtəhsil müəsissələrinin fəaliyyətini daha maraqlı edəcək. Məktəb icmalarına sədr və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edəcək. 

Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində məktəb icmalarının yaradılmasına dəstək göstərilib. Bu məqsədlə hər bir məktəbdə layihənin psixoloqu valideyn, müəllim və uşaqların ilk birgə iclaslarının keçirilməsinə yardım edib. 

Təqdimatda qeyd olunub ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilərlər.

Daha sonra təqdimatda 60 saylı orta məktəbdə yaradılmış məktəb icmasının gördüyü işlər barədə məlumat verilib.

Orxan Aslanlı
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM