Təhsil Nazirliyinin idarəsi ilə bağlı QƏRAR verildi

18:40 | 06.01.2015
Təhsil Nazirliyinin idarəsi ilə bağlı QƏRAR verildi

Təhsil Nazirliyinin idarəsi ilə bağlı QƏRAR verildi

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" qərarda dəyişikliklər edilib.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə baş nazir Artur Rasizadə qərar verib. Qərara əsasən, idarə bundan sonra büdcə vəsaiti hesabına maliyyələşəcək.

Belə ki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin "Təhsil" bölməsində təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb