Tək əllə idarə edilən dron hazırlanıb - VİDEO

12:23 | 07.12.2016
Tək əllə idarə edilən dron hazırlanıb - VİDEO

Tək əllə idarə edilən dron hazırlanıb - VİDEO

Cənubi Koreyanın Seul şəhərində fəaliyyət göstərən "This is engineering” şirkəti yeni insansız hava aparatı hazırlayıb.


ANN.Az "Reuters” agentliyinə istinadən xəbər verir ki, "Shift” adlı yeni qurğu digər dronlardan bir qədər fərqlənir. Belə ki, adi dron uçuş aparatları xüsusi pultlar vasitəsilə idarə edilir. Lakin yeni qurğu isə tək əllə idarə edilmək xüsusiyyətilə digərlərindən fərqlənir.


"This is engineering” şirkətinin rəhbəri Honq Yoo-Junq bildirib ki, sadəcə baş barmaqla qurğunu idarə etmək mümkündür:


"Tək əldə rahat formada istifadə edilən kiçik pultun üstündə xüsusi düymə var. Bununla siz yalnız baş barmağınızdan istifadə edərək dronu idarə edə bilərsiniz. Barmağınızı müxtəlif istiqamətlərə hərəkət etdirdikdə, qurğu da həmin istiqamətə doğru hərəkət edəcək. Eyni zamanda, barmaq vasitəsilə dronun sürətini də tənzimləmək mümkündür”.


Qeyd edək ki, yeni cihazda 4K keyfiyyətli video və 13 meqapiksellik fotokamera da quraşdırılıb. 8 gb daxili yaddaşa malik "Shift” 2017-ci ilin yanvar ayından etibarən Amerika ilə yanaşı, Avropa və Asiya ölkələrində də satışa çıxarılacaq. Yeni cihazın ilkin satış qiyməti 150 dollardır.


Kamil ƏMİRLİ



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM