• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Ötən il İranda 50 min insan çirkin havadan ölüb

Ötən il İranda 50 min insan çirkin havadan ölüb
21.01.2025 17:56
2024-cü il İranda havanın çirklənməsi 50 minə yaxın insanın ölümünə səbəb olub. Bu barədə Anadolu agentliyi İranın Səhiyyə naziri Məhəmmədrza Zəfərqandiyə istinadan yazıb. 
 
Təmiz Hava Gününə həsr olunmuş Milli Konfransda çıxış edən Zəfərqəndi qeyd edib ki, "Ölkədə ölüm hallarının 12,56%-i havanın çirklənməsi nəticəsində baş verir”.

Onun sözlərinə görə, çirklənmədən iqtisadi zərər 12 milyard dollar həcmində qiymətləndirilir.
 
"Beynəlxalq standartlara görə, havanın hər kubmetrində 5 mikroqramdan yuxarı hissəciklərin konsentrasiyası çirklənmə hesab olunur. Biz 12 mikroqram kriteriyadan istifadə edirik, lakin hətta bizim standartlarımıza görə, ölkənin şəhərləri ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Tehran üçün bu rəqəm 353 günə çatır”, o əlavə edib.

Nazir vurğulayıb ki, İranın ən çirkli şəhəri Zabol, Sənəndəc isə ən təmiz şəhərdir.

Mütəxəssislər Tehranda havanın yüksək dərəcədə çirklənməsini şəhərin coğrafiyası ilə əlaqələndirirlər, bu coğrafiyanın hava dövranı üçün əlverişsiz olması, əhalinin sıxlığı, köhnəlmiş avtomobillərdən istifadə və çoxsaylı motosikletlərin tullantıları ilə əlaqələndirirlər.
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol