Tərcümə Mərkəzi müsabiqə elan etdi

13:17 | 24.10.2014
Tərcümə Mərkəzi müsabiqə elan etdi

Tərcümə Mərkəzi müsabiqə elan etdi

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədilə “Dəf(i)nə yarpağı” adlı Bədii Tərcümə Mükafatı təsis edib. Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu il oktyabr ayının 24-dən dekabr ayının 20-nə qədər müəyyən edilir. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

aztc.gov.az saytı xəbər verir ki, müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilən əsərlər qəbul edilir.

Müsabiqəyə təqdim edilən əsərlərin həcmi nəsr əsərlərində maksimum 20.000 işarə, poeziya nümunələrində isə - 100 misraya qədər ola bilər. 

Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim edilə bilər.

Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər.

Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Mükafat fondu:

Tərcümə edilən nəsr əsərləri üçün:

I yer - 3000 (üç min) manat

II yer ­ - 2000 (iki min) manat

III yer - 1000 (min)  manat

Həvəsləndirici mükafat: 500 (beş yüz) manat

Tərcümə edilən poeziya nümunələri üçün:

I yer - 3000 (üç min) manat

II yer ­ - 2000 (iki min) manat

III yer - 1000 (min) manat

Həvəsləndirici mükafat: 500 (beş yüz) manat

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb