Səfirlik terrorda ölən Vüqar Hüseynovla bağlı araşdırma aparır - YENİLƏNİB

17:39 | 23.03.2024
Səfirlik terrorda ölən Vüqar Hüseynovla bağlı araşdırma aparır - YENİLƏNİB

Səfirlik terrorda ölən Vüqar Hüseynovla bağlı araşdırma aparır - YENİLƏNİB

 "Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar səfirliyimizə heç bir müraciət daxil olmayıb.Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb.

Ötən gün "Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar səfir Polad Bülbüloğlu tərəfindən bayram günlərinə baxmayaraq, bütün məsul işçilərə diplomatik nümayəndəlikdə iş yerlərində toplaşmaq göstərişi verilib.

Dəstək üçün vətəndaşlara müraciət edildiyi təqdirdə təcili yardımın göstərilməsi məqsədilə gecə növbətçiliyi təşkil edilib, lakin hazırda səfirliyə heç bir müraciət daxil olmayıb.

"Hücum nəticəsində yaralananlar haqqında ilk məlumatlar aşkarlanmağa başlayan kimi səfirlik açıqlanan bütün məlumatları diqqətlə izləyib. İlkin siyahılarda adı çəkilən Sevinc Rüstəmova yenilənmiş siyahılarda artıq qeyd olunmayıb. Lakin həlak olanların siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, ehtimal ki, Rusiya vətəndaşı vardır.

Hazırda Azərbaycan Səfirliyi bu informasiyanın aydınlaşdırılması üçün bütün lazımi tədbirləri görür, o cümlədən öldürülən şəxsin cəsədinin yeri, habelə mərhumun qohumları və tanışları haqqında məlumatlar toplanılır. Yeni məlumat əldə edilən kimi, dərhal səfirliyin teleqram kanalında yerləşdirəcək”, - açıqlamada qeyd olunub.
 
 09:39

"Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır,hələ ki, dəqiq məlumat yoxdur.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb