“Tesla” maşınları Bakıda - FOTOLAR

19:54 | 22.01.2015
“Tesla” maşınları Bakıda - FOTOLAR

“Tesla” maşınları Bakıda - FOTOLAR

Ekoloji təmiz avtomobillərin satışı başlayıb

"Tesla” avtomobillərinin Bakıda satışına başlanılıb. Avtomobil Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, ekoloji təmiz avtomobillərdən olan "Tesla” avtomobilləri artıq Bakıdadır. 

Bu avtomobilləri "GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış Mərkəzindən əldə etmək olar.

Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə fəaliyyət göstərən "GreenCar” MMC ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir. 

"GreenCar”MMC-nin tezliklə açılacaq elektrik nəqliyyat vasitələrinin satış Mərkəzində ekoloji təmiz avtomobillərin ilk nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür. "Port Baku Mall”da fəaliyyət göstərəcək "GreenCar” Mərkəzində ilkin olaraq "Tesla Model S” avtomobilləri sərgilənəcək və onların satışı təşkil ediləcək.

Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfitəsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Mərkəzdə təqdim olunan elektrikavtomobilləri ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələriilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərir.

ANN.Az
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM