Tetçer almanlara nifrət edirdi - Şok etiraf

14:15 | 22.01.2018
Tetçer almanlara nifrət edirdi - Şok etiraf

Tetçer almanlara nifrət edirdi - Şok etiraf

Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Cənubi Afrika Respublikasının yalnız ağ adamların yaşadığı dövlət olacağına ümid edirdi.

Axar.az xəbər verir ki, bu sözlər Britaniyanın keçmiş Xarici İşlər naziri Patrik Raytın gündəliyində yer alıb. O həmçinin Tetçerin almanlara nifrət etdiyini də bildirib. Onun sözlərinə görə, Tetçer Almaniyanın birləşdirilməsi ilə bağlı istənilən cəhdi lənətləyirdi.

CAR məsələsinə diqqət yetirən Rayt Tetçerin bu ölkədəki ağ adamlarla bağlı etirafını qəlyanaltı zamanı ona etdiyini bildirib:

"Baş nazir istəyirdi ki, CAR 1910-cu il vəziyyətinə qayıtsın. O zaman ölkədə yalnız ağ adamlar yaşayırdılar. Mən ona bu fikrin aparteidin davamı olduğunu deyəndə o mənə etiraz etdi və Britaniyanın strateji maraqlarının məni narahat edib-etmədiyini soruşdu”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM