Texas neftinin qiyməti 42 dollara düşdü

09:14 | 27.07.2016
Texas neftinin qiyməti 42 dollara düşdü

Texas neftinin qiyməti 42 dollara düşdü

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşır.

Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,11% azalaraq bir barelə görə 44,82 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin (Texas nefti) qiyməti 1 barelə görə 0,12% ucuzlaşaraq 42,87 dollar təşkil edib.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 44,91 və 43,23 dollar təşkil etmişdi. 

Xatırladaq ki, ABŞ-ın maliyyə xidmətləri şirkəti "Morgan Stanley” analitikləri isə bildirir ki, neftin qiymətləri 2017-ci ilin ortasından sonra 70-80 dollar/barelə qədər yüksələcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb