Təyyarənin pilotları yatdı, qırıcılar havaya qalxdı

10:21 | 21.05.2016
Təyyarənin pilotları yatdı, qırıcılar havaya qalxdı

Təyyarənin pilotları yatdı, qırıcılar havaya qalxdı


Fransadan Küveytə uçuş həyata keçirən "Boeing" təyyarəsinin pilotları yuxuladığından uzun müddət İtaliya və Yunanıstandan olan dispetçerlərlə əlaqəyə çıxmayıblar.
 
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasından 15 saat sonra baş verib.
 
Hadisə ilə bağlı həyəcan siqnalı verilib, İtaliya və Yunanıstanın baş nazirləri, həmçinin NATO məlumatlandırılıb.
 
Təyyarə Yunanıstanın paytaxtı Afina şəhərinin hava məkanına daxil olan zaman havaya dərhal iki ədəd "F-16" qırıcısı qaldırılıb. Qırıcılar laynerə yaxınlaşan zaman məlum olub ki, "Boeing"in hər iki pilotu yatıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM