Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Oxu.Az-ın xəbərinə görə, müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşir.
Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunur.
Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !