Tiesto konsertinin biletləri qaytarılacaqmı? - AÇIQLAMA

11:35 | 14.12.2013
Tiesto konsertinin biletləri qaytarılacaqmı? - AÇIQLAMA

Tiesto konsertinin biletləri qaytarılacaqmı? - AÇIQLAMA

Dünən dünya şöhrətli DJ Tiesto-nun Bakıda keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.Qaynar.info xəbər verir ki, bu barədə məlumat konsertin başlanmasına 2 saat qalmış verilib.Tanınmış DJ bu barədə özünün "Facebook" və "Twitter" hesabından belə yazıb: "Təəssüflə qeyd etməliyik ki, dəfələrlə məsələnin həll olunmasına dair imkan yaratdığımıza baxmayaraq, Dreamixin maddi öhdəlikləri yerinə yetirmədiyinə görə, Bakı konsertini ləğv edirik. Biletləri qaytarmaq üçün aldıgınız yerə müraciət edin".Məsələ ilə bağlı konsertin təşkilatçıları ilə əlaqə saxlasaq da, bütün cəhdlərimiz nəticəsiz qaldı. Konsert biletlərinin satışını təşkil edən "Citylife"dan da Qaynar.info-ya bildirdilər ki, onlar özləri belə təşkilatçılarla əlaqə saxlaya bilmirlər: "Biz satdığımız bilet pullarının yarısını artıq təşkilatçılara vermişik. Dünəndən əlaqə saxlayırıq, heç bir təşkilatçı zənglərimizə cavab vermir. Amma bütün hallarda biz "Citylife" vasitəsi ilə satılan biletləri heç bir komissiyasız qaytarmağa hazırıq. Hazırda bunun üçün prosedur hazırlanır və ən qısa zamanda biletlərin qaytarılması prosesi başlanacaq".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb