Tikinti materialları ucuzlaşacaq - Ekspert

23:37 | 22.01.2015
Tikinti materialları ucuzlaşacaq - Ekspert

Tikinti materialları ucuzlaşacaq - Ekspert

Bir sıra tikinti materialları var ki, Rusiyadan idxal olunur, bunlar ən çox taxta və taxta məmulatları, qismən də dəmir məmulatlarıdır. Əgər onun maya dəyəri Rusiyada aşağı düşübsə, Azərbaycanda da həmin materiallar ucuzlaşacaq.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov Rusiyada rublun ucuzlaşmasının Azərbaycan bazarına təsirindən danışarkən qeyd edib.

Nüsrət İbrahimov proqnozlaşdırır ki, 2015-ci ildə tikinti materialları bazarında qiymətin aşağı olması qaçılmaz olacaq.

"Bir tərəfdən rublun dəyərdən düşməsi, digər tərəfdən yanacağın qiymətinin aşağı düşməsi tikinti materiallarının qiymətinə təsir göstərib. Belə ki, tikinti materiallarının maya dəyərində yanacaq 20%-dən 40%-ə qədər təşkil edir. Bu da digər tərəfdən idxal olunan tikinti məmulatlarının qiymətinin azalmasına gətirib çıxara bilər”.

Bazarda alıcılıq qabilliyyətinə toxunan ekspert bildirir ki, bunu demək bir az çətindir, çünki bizim özümüzdə də müəyyən pul daxilolmalarının azalması ehtimal olunur. Bu da son nəticədə insanların alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Yəqin ki, insanlar müəyyən qədər ehtiyatlı davranmağa üstünlük verəcək, əllərində olan pulları xərcləməkdən maksimum ehtiyatlı olacaqlar. İnsanların alıcılıq qabilliyyəti yüksələcəkmi sualına cavab vermək indiki situasiyada çətindir.

"Fərdi evlərin tikintisi davam edəcək, mənzil, kommersiya alqı-satqısından sonra azalmalar qaçılmaz olacaq”- deyə, ekspert vurğulayır.

Bakıda satılan bahalı mənzillərin gələcəkdə ucuzlaşmasına isə ekspert bu cür münasibət bildirdi.

"2015-2016-ci illərdə bahalı evlər ucuzlaşacaq. Belə bir ehtimal var. Bazarda pul kütləsinin azalması, insanların risklərdən yayınmaq üçün əllərində olan pullarını ehtiyatda saxlamaları, investorların müəyyən qədər ehtimal olunan risklərdən sərmayələrini qorumaları və s. bunlar təbii ki, bazara öz təsirini göstərir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb