Tikinti sahəsində nöqsanlara yol verənlərin sayı açıqlandı

18:12 | 13.07.2016
Tikinti sahəsində nöqsanlara yol verənlərin sayı açıqlandı

Tikinti sahəsində nöqsanlara yol verənlərin sayı açıqlandı

Naxçıvan Muxtar Respublikasında tikinti sahəsində nöqsanlara yol verənlərin sayı məlum olub.

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin ilk 6 ayı ərzində müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət edilməsi ilə əlaqədar 32 müəssisə və tikinti sahəsində nəzarət həyata keçirilib.

Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 41 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 84 işçi isə həmin vasitələrlə yerində təmin olunub. Cari ilin 6 ayı ərzində işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının real göstərilməsinə nəzarət məqsədilə 336 sahibkarlıq obyektinə baxış keçirilib, 196 işçi ilə yeni əmək münasibətlərinin rəsmiləşdirilməsinə, 865 halda isə əmək müqaviləsində əməkhaqqının real göstərilməsinə nail olunub. İcbari sığorta müqaviləsi bağlanmadığı aşkar edilən 196 işçinin siyahısı müvafiq tədbirlər görülməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə göndərilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb