"TikTok" külli miqdarda cərimələnib

22:16 | 14.03.2024

"TikTok" külli miqdarda cərimələnib

Çinin "TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.Bu barədə İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı məlumat yayıb.

"Şirkətin platformada yayılan məzmuna nəzarəti qeyri-adekvatdır, xüsusən də yetkinlik yaşına çatmayanların və həssas şəxslərin təhlükəsizliyini təhdid edə biləcək məzmunla bağlı vəziyyət daha kritikdir.Bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir".

Bundan əlavə, agentlik platformanı potensial təhlükəli məzmunun, o cümlədən çağırışların yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməməkdə ittiham edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM