Tofiq Quliyevin doğum günüdür

09:11 | 07.11.2014
Tofiq Quliyevin doğum günüdür

Tofiq Quliyevin doğum günüdür

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin doğum günüdür. ANS PRESS-in məlumatına görə, bəstəkar 1917-ci il noyabrın 7-də anadan olub. İlk əsərləri sırasına Mirzə Ələkbər Sabirin mətninə yazdığı «Dərsə gedən bir uşaq» mahnısı daxil olub. 1954-cü ildə Konservatoriya aspiranturasının dirijorluq sinfini bitirib. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, onun parlaq uğurları teatr və kinematoqrafiyaya aiddir. O, həmçinin Aleksandr Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində pianoçu olub. Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr mahnıdır. Onun mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova ifa ediblər.1969-1979-cu ilə qədər T.Quliyev birinci katib vəzifəsində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edirdi. 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri olub. 2000-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb