Tokio-2020: Azərbaycan ikinci medalını təmin edib

14:48 | 30.07.2021
Tokio-2020: Azərbaycan ikinci medalını təmin edib

Tokio-2020: Azərbaycan ikinci medalını təmin edib

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci medalı təmin edib.

Buna 69 kq çəki dərəcəsində yer alan Alfonso Dominges nail olub. 26 yaşlı idmançı 1/4 final görüşündə türkiyəli Bayram Malkanı üstələyib.

Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir. Bu səbəbdən, Dominges Azərbaycanın aktivinə növbəti medalı yazdıracaq.
 
Həmin medalın əyarı isə növbəti günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanın ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb