Topaz Premyer Liqada ilin son oyunları

09:20 | 20.12.2013
Topaz Premyer Liqada ilin son oyunları

Topaz Premyer Liqada ilin son oyunları

Əvvəlki turlardan fərqli olaraq bu dəfə bütün görüşlər eyni gündə baş tutacaqqol.az xəbər verir ki, bu gün Topaz Premyer Liqada 18-ci turun oyunlarına start veriləcək. Əvvəlki turlardan fərqli olaraq bu dəfə bütün görüşlər eyni gündə baş tutacaq.Bu turdan sonra ikinci dövrəyə yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaqlar. Turun açılış matçında "Qəbələ" öz meydanında "Bakı" ilə qarşılaşacaq.Premyer Liqanın hazırki lideri "Neftçi" klubu səfərdə AZAL-ın qonağı olacaq. Mustafa Dənizlinin rəhbərlik etdiyi "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkəcək.Çempionatın autsayderi "Rəvan" klubu öz meydanında "Simurq"la münasibətlərinə aydınlıq gətirəcək. Turun mərkəzi qarşılaşmasında isə Tofiq Bəhramov adına respublika stadionunda "Qarabağ" və "İnter" komandaları üz-üzə gələcəklər.20 dekabrTopaz Premyer Liqa, 18-ci tur13:00. “Qəbələ” – “Bakı”Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid MəmmədovQəbələ səhər stadionu.15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur FərhadovƏlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev“Xəzər Lənkəran” mərkəzi stadionu.15:00. AZAL – “Neftçi”Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir MəmmədovƏlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov“AZAL Arena” stadionu.16:00. “Rəvan” – “Simurq”Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov“Bayıl Arena” stadionu.17:00. “Qarabağ” – “İnter”Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz MəhərrəmovƏlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil DiniyevTofiq Bəhramov adına Respublika stadionu. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb