TOTAL: Abşeron qazının satışı ilə bağlı dəstəyə ehtiyac var

11:59 | 13.05.2016
TOTAL: Abşeron qazının satışı ilə bağlı dəstəyə ehtiyac var

TOTAL: Abşeron qazının satışı ilə bağlı dəstəyə ehtiyac var

"Abşeron” yatağından hasil ediləcək qazın satışı sahəsində dəstəyə ehtiyac var.

Oxu.Az-a Energetika Nazirliyindən verilən məlumata görə, bu sözləri "TOTAL”ın Azərbaycan, Qazaxıstan və Tacikistan üzrə vitse-prezidenti Thierry Darrigrand "Abşeron” yatağında görülən işlərdən danışarkən qeyd edib.

Energetika nazirinin müavini Natiq Abbasov isə bildirib ki, TANAP və TAP-ın ötürücülük gücünün gələcəkdə Abşeron qazının da bu kəmərlərə ixracına imkan yaradacaq.

Nazir müavini onu da deyib ki, "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən (Mərhələ-2) hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı məhz Fransanın "ENGİE” şirkətidir.

O, Azərbaycanın enerji sisteminin gücünün və elektrik enerjisi istehsalının həcminin daxili tələbatı təmin etməklə bərabər, ixrac potensialını formalaşdırdığını da qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM