Tramp İrandakı aksiyalardan danışdı

01:09 | 01.01.2018
Tramp İrandakı aksiyalardan danışdı

Tramp İrandakı aksiyalardan danışdı

İranda davam edən etiraz aksiyaları ilə bağlı danışan ABŞ prezidenti Donald Trampa iranlı həmkarından cavab gəlib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Tramp "Twitter" hesabında aksiyalara münasibət bildirərək bunu "vətəndaşların barışcıl protestosu" adlandırıb: "Rejimin korrupsiya əməllərindən və ölkənin varlığının xaricdə terrorizmə sərf edilməsindən bezən İran vətəndaşlarının barışcıl protestoları ilə bağlı məlumatlar gəlir.
 
İran hakimiyyəti özünü ifadə etmək haqqı da daxil olmaqla öz xalqının haqlarına hörmətlə yanaşmalıdır. Dünya bu prosesi izləyir". 

İran İslam Respublikasının prezidenti Həsən Ruhani isə hegemon dövlətin rəhbərinə qısa cavab verib: "Trampın etiraz aksiyalarına simpatiya göstərmək,  bu barədə açıqlama vermək haqqı yoxdur. Vətəndaşlarımızın isə tənqid etmək və etiraz etmək haqqı var". 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb