Tramp Orbanla görüşüb

13:44 | 09.03.2024
Tramp Orbanla görüşüb

Tramp Orbanla görüşüb

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban arasında görüş olub.Bu barədə "İnterfaks” xəbər verib.
 
Görüş amerikalı siyasətçinin Floridadakı malikanəsində baş tutub.
Trampın Mətbuat xidməti ətraflı açıqlama vermədən bildirib ki, siyasətçilər ABŞ və Macarıstanla bağlı bir sıra məsələlər, habelə hər bir dövlətin öz sərhədini qoruması zərurətini müzakirə ediblər.
Yerli KİV Ağ Evə istinadən qeyd edib ki, Orbanın ölkədə olmasına baxmayaraq, onun Prezident CoBayden və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılmayıb.

Daha əvvəl isə "Bloomberg” yazırdı ki, sözügedən görüş ABŞ-nin müttəfiqlərinin Trampın hakimiyyətə qayıtması perspektivləri ilə bağlı narahatlıqlarını gücləndirə bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM