Tramp Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək

13:40 | 06.07.2017
Tramp Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək

Tramp Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək

ABŞ prezidenti Donald Tramp G-20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

Onun sözlərinə görə, ABŞ-la Rusiya arasında təhlükəsiz zonalarına dair əməkdaşlıq hər iki ölkənin Suriyada irəliləyişə nail olmağa qadir olduqlarını təsdiqləyir.

"Suriyada siyasi prosesin təmin edilməsində Rusiyanın üzərinə xüsusi məsuliyyət düşür. ABŞ Rusiya ilə birgə uçuşsuz zonaların və atəşkəsin monitorinqi mexanizmlərinin yaradılması məsələlərini nəzərdən keçirməyə hazırdır”, deyə R.Tillerson vurğulayıb.

Dövlət katibi həmçinin qeyd edib ki, Suriyada kimyəvi silahdan istifadənin qarşısının alınması məsələsində də məsuliyyət Rusiyanın üzərindədir.

"Əgər biz Suriyada sabitliyə nail olmasaq, İŞİD-in məhv edilməsində müşahidə edilən irəliləyiş puç olacaq”, deyə R.Tillerson əlavə edib.

Qeyd edək ki, G-20 ölkələri liderlərinin növbəti sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb