Tramp: Rusiya ABŞ-dan güclüdür

13:08 | 16.06.2016
Tramp: Rusiya ABŞ-dan güclüdür

Tramp: Rusiya ABŞ-dan güclüdür

Respublika partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən amerikalı milyardçı Donald Tramp Rusiya Silahlı Qüvvələrinin son illərdə gücləndiyini, rus nüvə arsenalının Amerika nüvə arsenalından daha mükəmməl olduğunu hesab edir. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə biznesmen Atlanta (Corciya ştatı) şəhərində çıxışı zamanı bildirib. 

"Düzünü desəm, Vladimir Putin Rusiya hərbi qüvvələrini dəfələrlə gücləndirib. Onların hərbi qüvvələri daha güclüdür. O, (Rusiya prezidenti) nüvə silahı ilə məşğul olur, biz isə heç nə ilə”, - Trampın sözlərini CNN teleşirkəti yayıb.

"Bizim nüvə silahımız köhnə və nimdaşdır, onun silahı isə eşitdiyimə görə yenidir. Yaxşısı budur, ehtiyatlı olun”, - milyardçı sözlərinə əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb