Trampa sui-qəsd cəhdi oldu

10:00 | 21.06.2016
Trampa sui-qəsd cəhdi oldu

Trampa sui-qəsd cəhdi oldu

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdə cəhd edilib.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford adlı şəxs avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman mühafizə xidməti əməkdaşının silahını götürməyə cəhd edib.
 
M. Sendford tutulub. O, silahı D. Trampı öldürmək üçün ələ keçirmək istədiyini etiraf edib.
 
Araşdırmalar nəticəsində M. Sendfordun Böyük Britaniya vətəndaşı olduğu məlum olub. Onu 10 ilə yaxın həbs cəzası gözləyir.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb