Trans-Avropa Nəqliyyat Sisteminin inkişafı müzakirə olunacaq

17:39 | 20.06.2016
Trans-Avropa Nəqliyyat Sisteminin inkişafı müzakirə olunacaq

Trans-Avropa Nəqliyyat Sisteminin inkişafı müzakirə olunacaq

20-22 iyunda Niderland Krallığının Rotterdam şəhərində Trans-Avropa Nəqliyyat Şəbəkələri (TEN-T) günləri çərçivəsində Avropa İttifaqı Nazirlər iclası keçiriləcək.

Bu barədə Oxu.Az Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. 

İyunun 21-də baş tutacaq, Avropa Komissiyası və Avropa İttifaqı Şurasının birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə Trans-Avropa Nəqliyyat Sisteminin inkişafı, TEN-T şəbəkəsinin genişləndirilməsi, Şərq Tərəfdaşlığı Nəqliyyat Paneli çərçivəsində nəqliyyat bağlantılarının möhkəmləndirilməsi, bu istiqamətdə mövcud maneələrin aradan qaldırılması, müxtəlif nəqliyyat daşımalarında etibarlılıq və təhlükəsizliyin artırılması imkanları və digər məsələlər müzakirə olunacaq.

Tədbir zamanı həmçinin Avropa İttifaqı qonşuluq dövlətlərində nəqliyyat bağlantılarının təkmilləşdirilməsinə dair Strateji Sənəd, baxılması üçün iştirakçı dövlətlərə təqdim ediləcək.

Müzakirələrdə nəqliyyat nazirinin müavini Musa Pənahov da iştirak edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM