Türkiyə Mosula və Kərkükə girə bilər

01:34 | 11.06.2014
Türkiyə Mosula və Kərkükə girə bilər

Türkiyə Mosula və Kərkükə girə bilər

Mosul “İraq və Lavantə İslam dövləti” yaraqlılar tərəfindən ələ keçirildikdən sonra Türkiyənin İraqda, Mosul və Kərkükdəki haqları ilə bağlı məsələ yenidən gündəliyə gəlib.
 
Lent.az-ın Türkiyənin “Yeniakit” saytına istinadən məlumatına görə, Mosul əhalisi İraqın şimalına, Duhok və Ərbilə doğru qaçıb. Məlumata əsasən,  yaraqlılar Mosulun ardınca Kərkükə də girə bilər.
 
Mənbə xatırladıb ki, 1926-cı ildə imzalanmış İstanbul anlaşmasına əsasən, Türkiyə Kərkük və Mosulu İraqın ərazi bütövlüyünün saxlanması şərti ilə tərk edib. Odur ki, İraqın ərazi bütövlüyü pozulduğundan, ölkə torpaqları qanunsuz silahlı qrupların nəzarəti altına keçdiyindən Türkiyənin bölgə üzərində haqları gündəliyə gəlib.
 
Məlumata görə, Türkiyənin Kərkük və Mosul üzərində qanuni haqqının təmininə   beynəlxalq hüquq da yol verir. Başqa sözlə Türkiyə istəsə, o zaman Kərkük və Mosuldakı haqlarını gündəmə gətirərək, şəhəri nəzarət altına ala bilər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb