Türkiyə superkubokunu "Fənərbaxça" qazandı

10:06 | 26.08.2014
Türkiyə superkubokunu "Fənərbaxça" qazandı

Türkiyə superkubokunu "Fənərbaxça" qazandı

Bu gün Türkiyə superkubokunun oyunu keçirilib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə son Türkiyə çempionu "Fənərbaxça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəlib.

Manisada keçirilən oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb - 0:0. Əlavə vaxtda da hesab açılmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Fənərbaxça"lı futbolçular superkuboka sahib çıxıblar - 3:2. 

Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.

25 avqust

Türkiyə superkuboku

22:30. "Fənərbaxça" - "Qalatasaray" - 0:0 (Penaltilər seriyası - 3:2)

Mustafa Kamil Abitoğlu

Manisa. 19 may stadionu

PENALTİLƏR SERİYASI:

"Qalatasaray": + - - - +

"Fənərbaxça": + - - + +

Penaltini dəqiq vuranlar: Olcan Adin ("Qalatasaray"), Dirk Kuyt ("Fənərbaxça"), Raul Meyreleş ("Fənərbaxça"), Burak Yılmaz ("Qalatasaray"), Kadleç ("Fənərbaxça")

Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), Felipe Melo ("Qalatasaray"), Mehmet Topuz ("Fənərbaxça"), Yekta Kurtuluş ("Qalatasaray")

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb