Türkiyədə daha 36 “nurçu” polis saxlanılıb

13:42 | 05.08.2014
Türkiyədə daha 36 “nurçu” polis saxlanılıb

Türkiyədə daha 36 “nurçu” polis saxlanılıb

Türkiyənin 14 vilayətində Gülən camaatına qarşı aparılan əməliyyatlar çərçivəsində 36 polis əməkdaşı saxlanılıb. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Əmniyyətin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları İstanbul da daxil olmaqla, 14 vilayətin hüquq-mühafizə orqanlarında əməliyyat həyata keçiriblər və “paralel dövlət” iddialarında adı keçən şəxslər nəzarətə alınıb. Əməliyyatlar İstanbul, Ankara, Van, Mardin, Hakkari, Batman, Diyarbəkir, Şırnak, Bitlis, Bingöl, İğdır, Ağrı, Şanlıurfa və Kahramanmaraş vilayətlərində aparılıb. Saxlanılan şəxsləri İstanbula aparılacağı qeyd olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb