Türkiyədə daha bir mədən faciəsi

16:15 | 03.06.2014
Türkiyədə daha bir mədən faciəsi

Türkiyədə daha bir mədən faciəsi

Türkiyədə daha bir kömür mədənində çökmə hadisəsi qeydə alınıb. ANS PRESS-in məlumatına görə, hadisə Şırnak bölgəsində olan şəxsi kömür mədənlərindən birində baş verib. İlkin məlumatlara görə, hadisə zamanı bir işçi mədənin çökən divarlarının altında qalıbQeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15.45-də Türkiyə Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində bu dəqiqəyə qədər 284 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM