Bakıda rüşvət verməkdənsə Türkiyəni seçdi - MÜSAHİBƏ

23:28 | 04.01.2015
Bakıda rüşvət verməkdənsə Türkiyəni seçdi -  MÜSAHİBƏ

Bakıda rüşvət verməkdənsə Türkiyəni seçdi - MÜSAHİBƏ


Türkiyədə işləyən azərbaycanlı pedaqoq-psixoloq: "3 ildə Türkiyə yollarinda xərclədiyim pul Bakıda işə düzəlmək üçün məndən istənılən rüşvətdən daha az ıdı”.

Pünhanə Tağıyeva Nəsrəddin Tusi adına Universitetin Pedaqogika-psıxologiya fakültəsi Defaktologiya bölümünü bitirib. İxtisası üzrə işləmək nəsib olmayıb, iş fəaliyyətinə mətbuatda başlayıb. "Avrasiya” qəzetindəki maliyyə haqsızlıqlarından bezib, "Olaylar”, "Reytinq”, "Günaydın” qəzetlərində istədiyi iş mühitini tapa bilməyib. Respublikaçıların "Yeni əsr, yeni nəsil” jurnalını da çıxarıb. Uzun müddət işsiz qalandan sonra bəxtini Türkiyədə sınamağa qərar verib. Hal-hazırda Kütahya şəhərində Ağıldan kəm uşaqlar üçün özəl reabilitasiya mərkəzində müəllim işləyir.

Türkiyədə yaşayan biri olaraq deyə bilərəm ki, gəlib Türkiyədə işləmək arzusunda olanlar çoxdur. Çox vaxt da bunun nə qədər çətin və hətta imkansız olduğuna inanmırlar .

Türkiyədə iş tapmaq sevdasında olanlar üçün Pünhanənin keçdiyi çətin və 3 illik bir müqaviməti, onun, hər şeydən əvvəl, özü ilə mübarizəsinin nəticəsini sizlərlə paylaşmaq istədik. 11 yaşlı qızı Dinara ilə Türkiyədə yaşayan bir müəllimənin həyat mübarizəsindən fraqmentləri yazmaq bizdən, nəticə çıxarmaq oxucudan...

-Niyə məhz Türkiyədə işləmək istədiniz?

- Əslində məhz Türkiyədə işləmək istəməmişdim. Təsadüfən bacımın Türkiyədəki qohumlarıgildə olanda söhbət düşdü. Ixtisasımın əngəlli uşaqlarla işləməyə uyğun olduğunu bilincə "gəl, Türkiyədə işlə”- dedilər. Uzun müddətdən bəri işsiz olduğuma görə, bu fikir mənim üçün bir ümid işığı oldu. İlk baxışdan asan gəldi. 1-2 ayda sənədləri həll edərəm dedim. Amma işə başlamam 3 ıldən çox vaxt aldi.

- Səbir varmış səndə. Nə əcəb yarı yolda vaz keçmədin?

- Vaz keçməyə haqqım yox idi. Bir qızım var, onun gələcəyi üçün məsuliyyət daşıyıram. Şübhəsiz ki, yaşamaq üçün işləmək lazımdır. Bu mənim tək ümidim idi.

-Bu uzun keşməkeşli zaman dilimindən bir az xəbərdaram. İşə düzəlməyin üçün yaşadiqların bir az "Çalıquşu”ndakı Fəridəni xatırladır...

-Təkcə diplomumu burda qəbul etdirməyim 1,5 il  çəkdi. Bəzi bürokratik işlər aglasığmaz zaman aldı. Məsələn, Ali Təhsil Qurumu bir məktuba Bakıdan 9 ayda cavab aldıgını bildirmişdi. Sənədlər hazır olandan sonra xüsusi komisyanın işimə baxması aylar sürdü. Orda da bir problemlə qarşılaşdım. Mən ağıldan kəm uşaqlarla işləməyə haqq verən fakültə bitirmişəm. Diplomuma tarazlıq verərkən, necə oldu bilmirəm, mənə heç dəxli olmayan karlarla işləmək haqqımın olmasına dair tarazlıq verdilər. Bir tərəfdən də ən az 2 il müəllimlik təcrübəmin olmasını tələb etdilər, ya da gərək üst qurum müəllim olduğum haqqında arayış verməliydi. Daha öncə sadəcə mətbuatda işləmişdim. Allah kömək etdi, ikinci arayışı ala bildim.

-Get-gəllər, viza məsələsi... bunları necə həll etdirdin?

- Aylarla yollarda vaxt itirdim. Otuz dəfədən çox avtobusla Azərbaycana gedib-qayıtdım. Gürcüstan sərhəddindən 3 ay dalbadal girib-çıxdım. İşləmək üçün razılaşdığım ilk reabilitasiya mərkəzi Əlazığda idi, ancaq sənədləri vaxtında çatdırmadığıma görə, haqqımdan məhrum oldum. Başqa şəhərlərdə ağıldan kəm uşaqlar üçün olan reabilitasiya mərkəzlərinə müraciət etdim. Diyarbəkir, Mardin, Doğu Bəyazit, Adana, Antalya, Artvin, Hopa, Ankara... ümidimi itirmək üzrəydim ki, Kütahyadan dəvət aldım. Yollardan yorulmuşdum.

- Bakıda da bu qədər mübariz olsaydın bəlkə də iş tapardın.

- Mübariz oldum, amma iş üçün tələb olunan rüşvəti verməyə pulum yox idi.

-Burada işə düzələnə qədər 3 il keçib. O qədər get-gəllərə o rüşvət gədər xərcin çıxmadımı?

- Yox, o qədər çıxmadı. Bakıda Təhsil İdarəsindən müraciətimə "yer yoxdur” dedilər. Bizdə ağıldan kəm uşaqlar üçün özəl reabilitasiya mərkəzləri yoxdur. İnternat məktəbləri var ki, onların da sayı çox deyil. Sonuncu cəhdlərimdə işə götürmək üçün 10 min manat rüşvət istədilər. Mən 3 ildə Türkiyə-Azərbaycan arasında o qədər xərcləməmişəm. Ən çox olsa-olsa, 2000-3000 manat xərcim çıxıb. O da bir dəfədə yox. Borclarım var, amma aylıq maaşımı vaxtında alıram, yavaş-yavaş ödəyirəm.

-Ağıldan kəm uşaqlarla işləmək nə dərəcədə çətindir?

- Mən zehni problemi olan uşaglarla işləyirəm. Söyüş söyəni, anidən nə edəcəyi bəlli olmayanı... müxtəlif xarakterləri var onların. Sabah saat 10-dan axşam 7-yə qədər onlarla işıəyirəm. Nə qədər çətin olsa da işimi sevirəm.

-Bakıda bu cür işləməyi istərdinmi?

- Təbii ki işləyərdim. Amma buradakı maaşla oradakı maaşları müqayisə etmək olmaz. Burda dövlət bu sahəyə diqqət göstərir. Özəl reabilitasiya mərkəzlərini burada bizim kimi müəlləmlər açır. Bizdə belə bir prosesin xəyalını belə qurmaq qeyri-mümkündür. Bəlkə də bir gün orda da bu cür işim olacaq.
 
Şəhla Əbusəttər Yaman
Ankara

Ann.az
 





 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb