Türkiyədə kimyəvi maddə anbarı yandı

15:10 | 12.07.2014
Türkiyədə kimyəvi maddə anbarı yandı

Türkiyədə kimyəvi maddə anbarı yandı

Türkiyənin İstanbul şəhərində kimyəvi maddə anbarı olaraq istifadə edilən bir binada yanğın olub. Nəticədə bir nəfər ağır yaralanıb.Axar.az xəbər verir ki, yanğın dünən gecə saatlarında baş verib. Kimyəvi maddə anbarı olaraq istifadə edilən binanın dördüncü qatında meydana gələn yanğın tez bir zamanda ətrafa yayılıb. Hadisə şahidləri yanğından öncə partlayış səsləri eşitdiklərini bildirir.Onu da bildirək ki, partlayış nəticəsində binanın ətrafında olan dükan və iaşə obyektləri ciddi ziyan görüb.Qeyd edək ki, hadisə yerinə gələn xilasetmə briqadaları yanğının qarşısını alıb.Polis hadisə ilə əlaqədar araşdırma aparır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM