Türklər rus dilini öyrənir

10:40 | 09.01.2015
Türklər rus dilini öyrənir

Türklər rus dilini öyrənir

Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərində turizmin inkişaf perspektivləri müzakirə edilib, rus dilinin tədrisinə diqqətin artırılması təklif olunub.

Bildirilib ki, Türkiyəyə turistlərin əhəmiyyətli hissəsi rus dilində danışan ölkələrdən - Rusiyadan və keçmiş sovet respublikalarından gəlir.

ANS PRESS-in Anadolu agentliyinə istinadla xəbər verir ki, sanatoriya turizminin inkişafına həsr olunan tədbirdə Samsun valisi İbrahim Şahin deyib ki, bizim qonşu ölkələrdən, o cümlədən Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkmənistan və Qazaxıstandan gələn turistlərlə ünsiyyət üçün rus dilinə ehtiyacımız var. Biz həmin ölkələrdən turist axınını çoxaltmaq üçün rus dilini öyrənməli və öyrətməliyik. Bu məqsədlə dövlət strukturlarında və özəl sektorda rus dili üzrə təlim-tədris kursları təşkil edəcəyik.

Xatırladaq ki, Türkiyənin Aralıq dənizi kurortlarında istirahətə üstünlük verən turistlər ən çox məhz Rusiyadan gəlirlər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb