TRT-nin 42 əməkdaşı saxlanılıb

12:48 | 12.08.2016
TRT-nin 42 əməkdaşı saxlanılıb

TRT-nin 42 əməkdaşı saxlanılıb

Türkiyənin dövlət Teleradio Şirkəti olan TRT-nin 42 əməkdaşı saxlanılıb.

APA-nın "Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, proses FETÖ-nun dövlət çevrilişi cəhdinə görə aparılan araşdırma çərçivəsində həyata keçirilib.

Bildirilir ki, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin və prokurorluğun əməkdaşları onları TRT-nin binasından götürüb.
 
Aralarında xəbər aparıcısının da olduğu 42 nəfər ifadə verib. Azadlıqda olan digər əməkdaşların da saxlanılması istiqamətində iş aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb