Trump müsəlmanlara qarşı mövqeyini yumşaldacaq

23:40 | 27.05.2016
Trump müsəlmanlara qarşı mövqeyini yumşaldacaq

Trump müsəlmanlara qarşı mövqeyini yumşaldacaq


ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə real namizədi Donald Trumpın baş müşaviri Paul Manafort "Huffington Post"a deyib ki, Trump müsəlmanların ABŞ-a səyahətinə qadağa qoyulması ilə bağlı mövqeyini tədricən yumşaldacaq.

"Onun mövqeyi bundan sonra da normadankənar olacaq, ancaq Amerika xalqının düşüncəsinə uyğun olacaq," deyə o bildirib.

Trump ötən il müsəlmanların ölkəyə girişini qadağan etməyi təklif etsə də, bu ilin mayında artıq bunun "sadəcə təklif" olduğunu deyib.

Bu, Trump-a qarşı tənqid dalğası yaradıb. Hətta öz partiyasından olan nüfuzlu siyasətçilər deyiblər ki, belə yanaşma mühacirlərin qurduğu ölkə olan ABŞ-ın əsas dəyərlərinə ziddir.

Manafort müsahibəsində həmçinin deyib ki, o, Trumpın prezident seçkilərində qalib gələcəyinə əmindir.

"Biz, yəni mənim kimi insanlar işləri korlamasa, o udacaq. Bu, çətin yarış deyil," müşavir deyib.

O əlavə edib ki, Trump öz taktikasını çox dəyişmədən udacaq.

"Trump dəyişdirilə bilməz. O "idarə oluna" bilməz," - deyə o bildirib.

"Biz ümumilikdə qadın seçicilərin sayı baxımından geri qalsaq da ağdərili qadınların arasında hətta indi belə irəlidəyik. İrəlidə biz bəzi qaradərili və Latın amerikalı qadınların da səslərini alacağıq," - Manafort deyib. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM