Tsipras istefa bəyanatında Nazim Hikmətin şeirindən sitat gətirdi

12:46 | 21.08.2015
Tsipras istefa bəyanatında Nazim Hikmətin şeirindən sitat gətirdi

Tsipras istefa bəyanatında Nazim Hikmətin şeirindən sitat gətirdi

Yunanıstanın baş naziri Aleksis Tsipras avqustun 20-də vəzifəsindən istefa verdiyini açıqladığı televiziya müraciətində Türkiyənin məşhur solçu şairi, mərhum Nazim Himətin şeirindən sitat gətirib.

APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, A. Tsipras erkən seçkilərin yolunu açmaq üçün istefaya getdiyini bildirib. 

"Daha güclü bir hökumət qurmaq üçün istefa verirəm. Sizdən də daha güclü bir hökumət qurmaq üçün dəstək gözləyirəm”, - deyə o, xalqa müraciətində söyləyib. Bu zaman A. Tispras Nazim Hikmətin "Ən gözəl günlərimiz hələ yaşamadıqlarımız” misrasını tələffüz edib.  
 
Baş nazir istefa qərarını yaxın silahdaşları ilə 5 saatlıq müzakirənin yekununda qəbul edib. Avropa İttifaqı ilə imzaladığı 86 milyard avroluq kredit anlaşmasının qüvvəyə minməsini gözləyən A. Tsipras kreditin 23 milyard avro məbləğində ilk tranşının alınmasından sonra istefasını açıqlayıb. Erkən seçkilərin sentyabrın 20-də keçiriləcəyi gözlənilir.
 
N. Hikmətin şeirinin orijinalı belədir:
 
En güzel deniz: 
Henüz gidilmemiş olanıdır. 
 
En güzel çocuk: 
Henüz büyümedi. 
 
En güzel günlerimiz: 
Henüz yaşamadıklarımız. 
 
Ve sana söylemek istediğim en güzel söz: 
Henüz söylememiş olduğum sözdür...

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb