​"Türk axını" layihəsi ertələndi

12:53 | 01.07.2015
​

​"Türk axını" layihəsi ertələndi

Türkiyə və Rusiya qazın qiyməti ilə bağlı razılığa gələ bilmir

Türkiyənin Rusiyadan alacağı təbii qazın qiyməti ilə bağlı aparılan müzakirələr zamanı tərəflər arasında yaranan anlaşılmazlıq səbəbindən "Türk axını" layihəsinin imzalanmasının ən azı oktyabr ayına qədər təxirə salındığı bildirilir.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata əsasən, Rusiyanın "Qazprom" və Türkiyənin "BOTAŞ" şirkətləri arasında qazın qiyməti mövzusunda 6 aydır davam edən müzakirələrdən nəticə əldə olunmadığına görə 15 mlrd. dollar dəyərindəki layihə ertələnib.

Qeyd edək ki, Türkiyə hazırda 10 mlrd. dollar həcmində qaz idxalı ilə Rusiyadan qaz alan ikinci ən böyük ölkədir. "Bloomberg"dən verilən məlumata əsasən, qiymət mövzusunda anlaşma əldə olunarsa, layihənin imzalanması bu il ərzində həyata keçə bilər. "Türk axını" kəməri ilə nəql ediləcək qazın həcminin illik 63 mlrd. kubmetr olacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM