Türk futbolçu "Liverpul"un ən yaxşısı seçildi

19:39 | 13.05.2016
Türk futbolçu

Türk futbolçu "Liverpul"un ən yaxşısı seçildi

Almaniya yığmasının əslən türkiyəli futbolçusu Emre Can "Liverpul”da ilin ən yaxşı gənc futbolçusu seçilib.
 
ANS PRESS-in məlumatına görə, "Liverpul” cari mövsümünü yekunlaşdıraraq ən yaxşı futbolçuları mükafatlandırıb. Mərasimdə klubun bütün üzvləri iştirak ediblər.

Braziliyalı yarımmüdafiəçi Filipe Koutinyo isə ikinci dəfə ilin yaxşı futbolçusu seçilib. Braziliyalını komandanın futbolçuları və klubunun rəhbərliyi seçib.

İlin ən yaxşı qolu isə Koutinyonun Avropa liqasında "Mançester Yunayted"ə vurduğu olub.

İlin ən yaxşı gənc futbolçusu olan 22 yaşlı Emre Can isə azarkeşlər tərəfindən seçilib.  

"Liverpul” İngiltərə çempionatının sonuna 1 tur qalmış 8-ci pillədədir. "Qırmızılar”ın aktivində 59 xal var. Mayın 15-də Yurqen Kloppun rəhbərlik etdiyi komanda səfərdə "Vest Bromviç” ilə qarşılaşacaq.  "Liverpul” bu il Avropa liqasının qalibi ola bilər. Finalda ingilislər İspaniyanın "Sevilya” klubu ilə üz-üzə gələcək. Qalib gələcəyi halda yeni təyin olunmuş Klopun komandası Çempionlar Liqasına vəsiqə qazanacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM