"Türk Hava Yolları" 395 reysi təxirə salıb

12:10 | 07.01.2017

"Türk Hava Yolları" 395 reysi təxirə salıb

"Türk Hava Yolları" İstanbul aeroportlarında yanvarın 7-nə və 8-nə nəzərdə tutulan 395 reysi təxirə salıb.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb