Türk ordusu hücuma keçdi - Əməliyyat

15:09 | 29.01.2018
Türk ordusu hücuma keçdi - Əməliyyat

Türk ordusu hücuma keçdi - Əməliyyat

"Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyənin Hatay bölgəsi istiqamətində yerləşən qərb cəbhəsi bu gündən etibarən fəallaşacaq.

Axar.az xəbər verir ki, bu barədə "Hürriyət” informasiya yayıb.

Məlumata görə, başda Raco, Cinderes və Şeyx Hədid olmaqla, YPG-PKK işğalındakı dağlıq ərazini tamamilə təmizləmək istəyən türk ordusu və ASO-nun "Zeytun budağı” əməliyyatı çərçivəsində "ilk şəhər döyüşü” kimi qiymətləndirilən əməliyyatı bu gündən etibarən başladılacaq.

Əli Bekki kənd və 740 nömrəli yüksəkliyi daha əvvəl azad edən türk ordusu kritik hesab edilən Raco bölgəsini mühasirəyə alıb. Raconun ardından isə Cinderes və Şeyx Hədid bölgələri təmizlənəcək. Son olaraq şimalda mühasirədə saxlanılan Bülbül bölgəsinin azad edilməsi ilə PKK-PYD sərhəd ərazisində nəzarət etdiyi bütün ərazilərdən qovulacaq və terrorçulara yekun zərbə kimi şəhər əməliyyatına başlanılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb