Türkiyə bayrağı yandırıldı

17:48 | 27.11.2015
Türkiyə bayrağı yandırıldı

Türkiyə bayrağı yandırıldı

Etirazçılar NATO-nu tənqid edərək ölkənin ittifaqdan çıxmasını tələb ediblər.

Yunanlar Rusiyanın Su-24 hərbi təyyarəsinin vurulmasına etiraz olaraq Türkiyə və ABŞ-ın bayrağını yandırıblar. 

ANS PRESS-in məlumatına görə, onlar öz etiraz aksiyalarında NATO-nu da tənqid edərək ölkənin ittifaqdan çıxmasını tələb edən vərəqlər paylayıblar.

Təxminən 100-ə yaxın yunan paytaxt Afinada Sintaqma meydanında (Konstitutsiya meydanı) toplaşaraq Türkiyə səfirliyinə doğru yürüş edib. Polis etirazçıları səfirlikdən 300 metr aralıda saxlayıb. 

Bu zaman baş verən qeyri-adi təsadüf etirazçıların da diqqətini çəkib. Belə ki, onlar səfirlikdən 300 metr aralıda - yunan pilotlarının xatirəsinə qoyulan abidənin yanında saxlanılıblar. 

Həmin pilotlar 1996-cı ildə Türkiyə Hava Qüvvələri ilə aralarında baş verən münaqişə zamanı həlak olduğundan etirazçılardan biri "simvolikdir!" deyib.


Afinada yandırılan ABŞ və Türkiyə bayraqları


Türkiyənin F-16 qırıcısı Rusiyanın Su-24 hərbi təyyarəsini vurandan sonra 2 ölkə arasında münasibətlərin gərginləşib. Türkiyə Su-24-ün ölkənin hava sərhədini pozduğuna görə belə bir addım atdığını bildirib. Rusiya isə əvvəlcə təkzib etsə, sonradan ölkənin xarici işlər naziri Sergey Lavrov bunu təsdiqləyərək Türkiyənin Su-24-ə xəbərdarlıq etdiyini bildirib.

Münasibətlərin gərginləşməsi isə özünü ən müxtəlif sahələrdə göstərib. Məsələn, "Ədalətli Rusiya" partiyası qondarma erməni soyqırımını inkar edənləri cəzalandırmağı təklif edib.

Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov isə Aya Sofyanı Ortodoks Kilsəsinə qaytarılmasını istəyib.

Lakin Türkiyə ilə Rusiya arasındakı bu soyuqluq özünü 2 ölkə arasında iqtisadi münasibətlərə də təsir edib. Noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsi vurulandan bir neçə gün sonra Rusiya Türkiyədən idxal olunan toyuq ətinə qadağa qoydu. Səbəb olaraq toyuq ətində zərərli maddələrin tapılması göstərilib. 

Həmçinin Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib ki, artıq Rusiya tərəvəz idxalında Türkiyəni digər dövlətlərlə əvəz edəcək.

Məlumat üçün bildirək ki, 2015-ci ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 18 milyard dollar təşkil edib. Ümumilikdə ölkələr arasında ticarət dövriyyəsi 30 milyard dollara yaxındır. 

Rusiya bunun müqabilində Yunanıstanla yaxınlaşmaq qərarına gəlib. Bu yaxınlarda Yunanıstanın baş naziri Aleksis Tsipras Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Tsiprasın Rusiya səfəri zamanı iki ölkə arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması haqqında razılığa gəlinib, iqtisadi və ticarət əlaəqlərinin genişləndirilməsi müzakirə edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb