Türkiyə DİN: "İstanbulda terror aktını İŞİD törədib"

10:30 | 21.03.2016
Türkiyə DİN:

Türkiyə DİN: "İstanbulda terror aktını İŞİD törədib"

Hadisə ilə bağlı beş nəfərin həbs olunduğu bildirilir

Türkiyənin Daxili işlər naziri Efkan Ala bildirib ki, dünən səhər İstanbulda törədilən partlayışın təşkilatçısı - terrorçu İŞİD qruplaşmasıdır.

Bu barədə "Report" Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.

Nazirin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, terrorçu-kamikadze - 1992 təvəllüdlü Qazıantep şəhərinin sakini Mehmet Öztürktür.

"Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Mehmet Öztürk bilavasitə İŞİD qruplaşması tərəfindən yönləndirilib", - deyə Efkan Ala qeyd edib.

Hadisə ilə bağlı beş nəfərin həbs olunduğu bildirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb