Türkiyə həlledici hərbi əməliyyata başlayır

18:58 | 15.05.2017
Türkiyə həlledici hərbi əməliyyata başlayır

Türkiyə həlledici hərbi əməliyyata başlayır

Türkiyə Suriyanın Afrin bölgəsində keçiriləcək mümkün əməliyyat üçün hazırlıqlara başlayıb.

Anews.az avropa.info-ya istinadən xəbər verir ki, Türkiyə "Fərat Qalxanı” əməliyyatına qatılan təxminən 2 min Azad Suriya Ordusu (ASO) üzvünü Suriya müxaliflərinin sığınacaq yerinə çevrilən İdlibə göndərməyib. Türkiyə mediasınıniddiasına görə, Ankaranın 2 min ASO döyüşçüsünü İdlibə göndərməməsinin səbəbi, Afrində keçriləcək mümkn əməliyyat planıdır.

Məlumata görə, Türkiyə PKK/YPG-nin varlığı ilə barışmaq fikirində deyil, bu səbəbdən də terror təşkilatına qarşı əməliyyatlar davam etdiriləcək. İlk əməliyyat PKK-nın Rojava adlandırdığı bölgənin qərbində yer alan Afrin kantonuna keçiriləcək. Afrindən sonrakı ünvan isə "Fərat Qalxanı” əməliyyatı dövründə ABŞ-ın qoruduğu Mənbic şəhəridir.

Məlumata görə, bu əməliyyatların həyata keçrilməsi üçün, Rusiya ilə danışıqlar aparılır. Mayın 3-də bir araya gələn Ərdoğan və Putin də bu məsələni müzakirə ediblər. PKK/YPG-nin vurulması məsələsində hələ ki, Rusiyadan razılıq almaq mümkün olmayıb.

Ancaq iki ölkənin hərbi və siyasi dairələri arasında danışıqlar davam edir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM