Türkiyə hərəkətə keçdi: 45 terrorçu məhv edildi

20:34 | 15.03.2016
Türkiyə hərəkətə keçdi: 45 terrorçu məhv edildi

Türkiyə hərəkətə keçdi: 45 terrorçu məhv edildi

İraqın şimalında Qəndil və Gara bölgələrində aşkar edilən PKK mövqelərinə hava hücumu həyata keçirilib.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hədəflərin atəşə tutulması nəticəsində 45 terroçu məhv edilib.

Martın 14-də saat 03.20-05.30 radələrində pilotsuz uçan aparatlar vasitəsilə aşkar edilən PKK düşərgələri (sursat anbarı, sığınma məkanları) 9 ədəd "F-16” və 2 ədəd "F-4E 2020” tipli döyüş təyyarələri ilə vurulub.

Hava əməliyyatı nəticəsində PKK terror təşkilatının 2 silah-sursat anbarı, 2 Katyuşa sistemi, yeraltı və yerüstü sığınacaqları yerlə-yeksan edilib.

Bölgənin araşdırılması davam edir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb