Türkiyə kubokunu "Qalatasaray" qazandı - VİDEO

09:36 | 27.05.2016
Türkiyə kubokunu

Türkiyə kubokunu "Qalatasaray" qazandı - VİDEO

Bu gün Türkiyə kubokunun final oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, həlledici görüşdə "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gəlib.

Türkiyə superliqasında çempionluğu əldən verən "Fənərbaxça" ölkə kubokunu qazanmaqla azarkeşlərini sevindirməyə çalışacaqdı. "Qalatasaray" da qələbə qazanmaqla mövsümü titulla başa vurmaq niyyətində idi. Antalya stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Lukas Podolskinin 30-cu dəqiqəsində vurduğu qol "Qalatasaray" Türkiyə kubokuna sahib çıxıb.

Qeyd edək ki, bu, "Qalatasaray"ın tarixi ərzində qazandığı 17-ci kubok olub.


26 may

Türkiyə kuboku, final

22:15. "Qalatasaray" - "Fənərbaxça" - 1:0
Qol: Lukas Podolski, 30 (1:0)
Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel və Esat Sancaktar
Antalya stadionu.
 
 
 
 

All Goals - Galatasaray 1-0 Fenerbahce -26-05-2016 by AllGoals1234
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb