Son zamanlar Türkiyənin müxalif cameəsi iqtidardan ölkədə qeyri-dəqiq məlumata görə, sayı 5 milyon nəfərə çatan suriyalı qaçqınları qovmağı tələb edir.
Onlar hesab edirlər ki, bu qaçqın toplumu ölkə üçün yük, əlavə başağrısı deməkdir.
Amma gəlin görək, doğrudanmı məsələ onların iddia etdiyi kimdir.
Mövzu ilə bağlı Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirir ki, Türkiyə qanunvericiliyi imkan verir ki, milli təhlükəsizliyi təhdid altına düşəndə təhlükənin mənbələrinə qarşı hərbi əməliyyat həyata keçirsin:
"Məsələn, Kipr hadisələrində, Şimali İraqda, Suriyada, hətta İranın şimalında belə bu cür aktlar baş tutub.
1991-ci ildə Özal Şimali İraqı Türkiyəyə birləşdirmək üçün xeyli yol da qət edə bilmişdi.Eyni proses Ərdoğan hakimiyyəti dönəmində də yaşanmaqdadadır.
İndi Suriyadan Türkiyəyə qaçan 5 milyon qaçqının Türkiyədə saxlanması, hifz edilməsi Türkiyənin üzaqgörən planlarına daxildir.
Bununla Türkiyə Suriya Şimalında yardılan PYD/PKK qondarma dövlətini həm əngəlləyə bilər, həm də dövlət iradəsini icra edə bilməyən Suriya hakimiyyətini də blok edə bilər”.
"Niyə də belə olduqda Şimali Suriya əhalisi referendumla Türkiyəyə birləşməsin ki...”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !